RU

Dəvətsiz qonağın mətbəx sərgüzəştləri - VİDEO

Ev sahibi mətbəxdə qab yuyarkən evin dəvətsiz qonağı olan ayı ilə rastlaşıb.

Ölkə.Az xəbər verir ki, mətbəxində qab-qacaq yuyan ev sahibi başını geriyə çevirəndə ayının daxil olduğunu görüb və bu hadisəni lentə alıb. 

Hadisə ABŞ-nin Kaliforniya ştatında baş verib. Hadisə barədə danışan ev sahibi Ceyson Uaytman deyib ki, Sierra Madredəki evində qab-qacaq yuyarkən yan tərəfə baxanda qapının ağzında bir ayı görüb.

O həmin anın videosunu Facebook-da yerləşdirib.

“Hey, yaxşısan? - Sən mənim evimdəsən. Get mənim evimdən”, - videoda deyir. 

Uaytmanın sözlərinə görə, onun yaşadığı ərazidə ayılar çox yayılıb. Lakin o, evində ayı görəndə məəttəl qalıb. Xoşbəxtlikdən bu qarışlama insidentsiz ötüşüb.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
3
olke.az

4Источники