Ukrayna Silahlı Qüvvələri ötən gecə Belqorod vilayətinin Şebekino şəhərinə hücum edib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, hücum nəticəsində 3 yerli sakin yaralanıb.
Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.
“Şebekino şəhəri Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb. İlkin məlumata görə, 3 mülki şəxs yaralanıb. Təcili yardım briqadası qol və ayaqlarında çoxsaylı qəlpə yaraları olan, döş qəfəsindən zədə almış şəxsi şəhərdəki 2 saylı xəstəxanaya aparır. İki qadın isə müxtəlif qəlpə yaraları ilə regional klinik xəstəxanaya çatdırılıb”, – qubernator yazıb.
Qladkovun sözlərinə görə, hücumdan sonra elektrik xətləri zədələnib. Şebekinoda, eləcə də Nejegöl və Rjevka kəndlərində elektrik enerjisinin verilişi qismən kəsilib.
Orxan
KONKRET.az