RU

Reytinq: "Sabah"la "Zirə" irəlilədi, "Qarabağ"la "Neftçi" isə...

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Fanat.Az xəbər verir ki, 507 komandadan ibarət siyahıya Azərbaycanın dörd təmsilçisi düşüb.

Beş pillə geriləyən "Qarabağ" (183,75 xal) 53-cü sırada yer alıb. Beş addım geriləyən "Neftçi" (59,25 xal) isə 403-cüdür. 

Əvəzində 15 pillə irəliləyən "Zirə" (62,25 xal) 369-cu, 17 pillə irəliləyən "Sabah" (60,75) isə 388-ci yerdə qərarlaşıb. 

Qeyd edək ki, dünya reytinqinə “Mançester Siti” (401 xal) başçılıq edir.

Избранный
118
26
fanat.az

10Источники