RU

"Arvadımın sevgilisi vardı, mən və qızlarım bunu bilirdi " - Qatil ər hər şeyi DANIŞDI

"Arvadımın sevgilisi vardı, mən və qızlarım bunu bilirdi " - Qatil ər hər şeyi DANIŞDI

Türkiyənin Bursa şəhərində kişi həyat yoldaşını 4 bıçaq zərbəsi ilə qətlə yetirib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, qatilə məhkəməqərarı ilə ağırlaşdırılmış ömürlük həbs cəzası verilib.

Amma kişinin 15 və 16 yaşlı qızları atalarından şikayətçi olmadıqlarını bildirib. Onlar ifadələrində analarımım başqa bir şəxslə sevgili olduğunu deyiblər.

Qatil ifadəsində bunları deyib:

"Həyat yoldaşım Leylanın Mustafa adlı sevgilisi var idi. Mən bunu bilirdim. Hadisə baş verən gün mənim maşınımda bir yerdə gedirdik. Telefonumu götürüb sevgilisi ilə danışdı. Sonra mənə Mustafanın uşaqlarının məni izləyir dedi və telefonu üstümə atdı. Ona görə də Mustafa ilə telefonda mübahisə etdim. Bu vaxt arvadım maşından düşüb qaçmağa başladı. Ona görə də onun ardınca getdim. Aralarında qadın olmaqla 3 nəfər arxamızca maşından düşüb əllərində dəmir dəyənəklərlə mənə hücum etdilər. Aldığım zərbələr nəticəsində yerdə olan Leylanın üzərinə yıxıldım. Orada onu bir dəfə bıçaqlamışam, sonra nə baş verdiyini xatırlamıram. Sonradan öyrəndim ki, bədənində 4 bıçaq yarası var".

Избранный
79
sonxeber.az

1Источники