RU

Sürücülər üçün yeni cərimə təsdiqləndi: 5 min...

Rusiya Nazirlər Kabineti təhlükəli sürücülük üçün 5 min rubla qədər cərimə tətbiq edən qanun layihəsini təsdiqləyib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təklif LDPR fraksiyasından olan Dövlət Dumasının Sosial Siyasət Komitəsinin rəhbəri Yaroslav Nilov tərəfindən irəli sürülüb.

"Təhlükəli sürücülük üçün real məsuliyyət var, qanun layihəsi hazırlanıb, hökumət tərəfindən rəsmi dəstəklənib və Dövlət Dumasına təqdim olunur", - deyə deputat öz Teleqram kanalında yazıb.

Layihənin mətninə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinə yeni maddənin daxil edilməsi təklif edilir ki, bu maddəyə əsasən, sürücülər nəqliyyat vasitələrini təhlükəli idarə etməyə görə inzibati məsuliyyətə cəlb edilərək 3 mindən 5 minə qədər cərimə nəzərdə tutulur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
39
2
publika.az

3Источники