RU

Kapital Bank istiqrazlarının yerləşdirilməsi Azərbaycanın maliyyə bazarının inkişafına mühüm töhfədir - Oqtay Qasımov

Bakı. Trend:

Kapital Bank istiqrazlarının yerləşdirilməsi Azərbaycanınmaliyyə bazarının inkişafına mühüm töhfədir.

Trend xəbərverir ki, bu barədə Bakı Fond Birjasının baş kommersiya inzibatçısıOktay Qasımov Kapital Bank-ın istiqrazlarının ticarətinin açılışmərasimində jurnalistlərə deyib.

"Bu addım Azərbaycanın maliyyə bazarının inkişafına mühümtöhfədir. Kapital Bank tərəfindən istiqrazların buraxılması bazariştirakçıları üçün investisiya imkanlarını genişləndirir, özəl vəinstitusional investorlar üçün yeni perspektivlər açır. İnanırıqki, bu layihə mübadilələrə inamın gücləndirilməsində və ölkəninkapital bazarlarının inkişafında mühüm addım olmaqla, portfelindiversifikasiyası və risklərin idarə edilməsi üçün etibarlı alətolacaq", - o deyib.

Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, Kapital Bank-ınaktivləri 8 milyard 659 milyon manata, öhdəlikləri 7 milyard 748milyon manata, bankın kapitalı 911 milyon 289 min manata, nizamnaməkapitalı isə 265 milyon 85 min manata çatıb.

2023-cü ilin yekunlarına görə, bankın xalis mənfəəti 242 milyon209 min manat təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Bakı Fond Birjasının tədavülü 27milyard 335 milyon manat olub ki, bu da 2022-ci ilingöstəricisindən 1,8 dəfə çoxdur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Избранный
269
az.trend.az

1Источники