RU

Fosil ovçusu okeanın dibindən nəhəng diş tapdı

Yazını böyüt
Yazını kiçilt

ABŞ-da bir dalğıc Florida sahillərində suyun dibindən mastodon dişi tapıb.

Hafta.az-ın “Associated Press”ə istinadən yazdığına görə, fosil ovçusu Aleks Lundberq, təxminən 1,2 metr uzunluğundakı dişlə ilk dəfə apreldə suya dalış edərkən qarşılaşdıqlarını söyləyib.

Dostu ilə yenidən bölgəyə getdiyini və dişin olduğu yerdəki qumu təmizləməyə başladığını izah edən Lundberq, "Fosil getdikcə böyüməyə başladı. Öz-özümə "Bu, həqiqətən böyük bir dişdir" dediyimi xatırlayıram" deyib.

Lundberq, fosili Florida ştatının Venesiya sahillərində 25 metr dərinlikdən çıxardıqlarını bildirib.

Dalğıc təxminən 31 kiloqram ağırlığı olan qalığı evinin qonaq otağında şüşə qutuya yerləşdirdiyini söyləyib.

Lundberq Florida Təbiət Tarixi Muzeyindən səlahiyyətlilərin gəlib fosili araşdıracaqlarını, yalnız bundan sonra dişin neçə yaşında olduğunun öyrənilə biləcəyini deyib.

Digər tərəfdən, muzey rəsmilərindən Raçel Nardukki də bəzən araşdırıldıqdan sonra fosilin onu tapan adamda qalmasına icazə verildiyini bildirib.

Cənubi Florida Universitetində biologiya təhsili alan dalğıc, fosili evində saxlamaq istədiyini ifadə edərək, "Onun haradan gəldiyini dəqiq bilmirsən. Milyonlarla ildir ki, okeanda yuvarlanır. Bu, çox gözəl bir parçadır” deyib.

Muzeyin paylaşdığı məlumata görə, dalğıcın 2019-cu ildən bəri fosil kəşfiyyatı icazəsi var.

Müasir fillərin qədim qohumları kimi tanınan mastodonlar 27-30 milyon il əvvəl ortaya çıxıb və təxminən 10 min il əvvəl nəsli kəsilib.

Dünyada, xüsusilə Şimali və Mərkəzi Amerikada meşələrdə yaşayan mastodonların uzunluğu 2,5-3 metrə, çəkisi isə 5,4 ton olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
1
hafta.az

2Источники