RU

İstanbulun su anbarlarında buxarlanma artır

Yazını böyüt
Yazını kiçilt

İstanbul meqapolisində güclü yağışlar səbəbiylə anbarlarda artan suyun səviyyəsi temperaturun mövsüm normalarının üzərində qalması səbəbindən azalmağa başlayıb.

Hafta.az-ın yazdığına görə, İstanbul Su və Kanalizasiya İdarəsi (İSKİ) bəndlərin doluluq səviyyəsi ilə bağlı məlumatları açıqlayıb. Buna görə, yağışlı həftələrdə yüzdə 83-ə çatan bənd doluluq səviyyəsi havalar isindikcə azalmağa başlayıb.

İSKİ-nin məlumatlarına görə, dünən 77,28 faiz olaraq ölçülən hədd bu gün 76,93 faizə enib. Hətta bir günlük azalma sürəti isti havanın bəndlərin doluluq səviyyəsinə təsirini ortaya qoyub.

İstanbulun bəndlərində ən yüksək su miqdarı 89,81 faizlə Ömərli anbarı, ən aşağı su miqdarı isə 30,62 faizlə İstrancalar anbarı olub.

İSKİ-nin məlumatına görə, 9 iyun tarixinə İstanbulda bənd doluluq nisbətləri belədir: Alibəy anbarı 47,51 faiz, Büyükçəkməcə anbarı 71,43 faiz, Darlık anbarı 74,75 faiz, Istrancalar anbarı 30,62 faiz, Kazandərə anbarı 68,08 faiz, Elmalı anbarı 78,54 faiz, Ömərli anbarı 89,81 faiz, Pabuçdərə anbarı 67,54 faiz, Sazlıdərə anbarı 59,68 faiz, Terkos anbarı 86,38 faiz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
126
hafta.az

1Источники