Berlin, 10 iyun, AZƏRTAC
“Almaniya üçün alternativ” (AfD) ultrasağçı partiya keçmiş Şərqi Almaniyanın (ADR) tərkibinə daxil olan əyalətlərdə keçirilən yerli seçkilərdə liderlik edir. Bu AfD-nin bütün ölkə üzrə seçicilərin topladığı səsdən çoxdur və hazırda 27 faizə çatıb.
AZƏRTAC Almaniya mediasına istinadla xəbər verir ki, seçkilərin tam nəticələri açıqlanmayıb və səslərin sayılması davam edir.
Görünən odur ki, Mühafizəkar Xristian-Demokratik İttifaqı (XDİ) keçmiş Şərqi Almaniya əyalətlərində ikinci yer tutacaq. Bu partiya 21 faiz səs toplayıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin