"Barselona"da icarə əsasında çıxış edən "Atletiko Madrid"in və Portuqaliya millisinin hücumçusu Joa Feliks kimi futbol tarixinin ən yaxşı oyunçusu hesab etməsindən danışıb.
BAKU.WS-in xəbərinə görə, o, bu barədə "The Nude Project"ə müsahibəsində bildirib.
"Futbol tarixinin ən yaxşı oyunçusu? Ronaldinyo", – Feliks deyib.
Ronaldinyo Qızıl topun qalibi (2005), həmçinin FİFA-ya görə 2004 və 2005-ci illərdə dünyanın ən yaxşı futbolçusudur.
Braziliya millisinin üzvü kimi 2002-ci ildə dünya çempionu olub.
Qeyd edək ki, 24 yaşlı Feliks "Barselona"nın heyətində bütün yarışlarda 44 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunu 30 milyon avro qiymətləndirir.