RU

İstanbula gələn turistlərin sayı 10 faiz artıb

Yazını böyüt
Yazını kiçilt

İstanbul Vilayəti Mədəniyyət və Turizm Müdirliyinin məlumatına görə, bu ilin ilk dörd ayında İstanbula gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 5 milyon 244 min 936-ya yüksəlib. Hansı ki, 2023-cü ilin ilk 4 ayında İstanbula 4 milyon 770 min 533 xarici turist gəlmişdi.

Hafta.az-ın yazdığına görə, aprel ayında şəhərə 1 milyon 478 min 218 xarici turist gəldiyi halda, ötən ilin aprel ayında şəhərə 1 milyon 289 min 903 xarici turist gəlib. Buna görə apreldə gələn xarici turistlərin sayı keçən ilin eyni ayına görə yüzdə 15 artıb.

Aprel ayında İstanbula gələn turistlərin 1 milyon 459 min 83-ü hava səyahətinə üstünlük verib. Dəniz yolu ilə şəhərə gələnlərin sayı 19135 nəfər olub. İstanbula hava yolu ilə gələnlər ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artıb, dəniz yolu ilə gələnlər isə 29 faiz azalıb.

Aprel ayında İstanbula Atatürk Hava Limanından 1276, Sabiha Gökçen Hava Limanından 394772, İstanbul Hava Limanından isə 1 milyon 63 min 35 nəfər daxil olub.

Tuzla Limanından 1799, Karaköy Limanından 11702, Sarayburnu Limanından 3661, Zeytinburnu Limanından 1279, Ambarlı Limanından 308, Haydarpaşa Limanından 234, Pendik Limanından 150, Mərmərə Limanından 2 xarici ziyarətçi gəlib.

Şəhərə gələnlərin 72,86 faizi İstanbul Hava Limanından istifadə etdiyi halda, 27,06 faizi Sabiha Gökçen Beynəlxalq Hava Limanına üstünlük verib.

Aprel ayı rəqəmlərinə görə, 167824 nəfərlə xarici ziyarətçilər arasında ruslar say çoxluğuna görə ilk yerdədir. Rusiyanın ardıyla siyahını bu ölkələr davam etdirir: Almaniya 109202 turist, İran 80193 turist, ABŞ 68103 turist, Fransa 62404 turist, İngiltərə 60429 turist, Səudiyyə Ərəbistanı 42059 turist, İtaliya 41195 turist, Özbəkistan 31810 turist, Çin 31348 turist, Niderland 31168 turist və Azərbaycan 28381 turist.

Aprel ayında İstanbulu ziyarət edənlərin 11,35 faizini ruslar, 7,39 faizini almanlar, 5,42 faizini isə iranlılar təşkil edib. Gələn turistlərin 4,61 faizini amerikalılar, 4,22 faizini fransızlar, 4,09 faizini isə ingilislər təşkil edib.

Aprel ayında İstanbula 199 ölkədən turist gəldiyi halda, Puerto Riko, Nauru, Tonqa, Somaliland, San-Tome və Prinsipi, Samoa və Şimali Koreyadan hər birindən bir nəfər, Tuvalu, Sent Vinsent və Qrenada adalarından isə hər birindən iki nəfər şəhəri ziyarət edib.

Digər tərəfdən, 2020-ci ilin aprel ayında İstanbula 960 min, 2021-ci ilin aprelində 419686, 2022-ci ilin aprel ayında isə 977888 xarici turist səfər etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
100
hafta.az

1Источники