RU

HƏMAS İsrailin əsirləri xilasetmə əməliyyatı barədə açıqlama verib

HƏMAS İsrailin əsirləri xilasetmə əməliyyatı barədə açıqlama verib

Özəl

 09:12 10.06.2024

  

 199

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin Qəzza zolağında 4 əsiri xilas etdiyini, bəzi əsirləri isə əməliyyat zamanı öldürdüyünü açıqlayıb.

Demedia.az xəbər verir ki, Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde teleqram hesabındakı açıqlamada, "İsrail ordusu əsirlərini xilas etmək əməliyyatı zamanı dəhşətli qətliam törədib" deyə bildirib. Əbu Ubeydə qeyd edib ki, İsrail əsirlərin bir qismini xilas edə bilib,  bəzilərini isə öldürüb. Qeyd edək ki, İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində müxtəlif nöqtələrə hücumlar təşkil etdiyini və iki bölgədə 4 israilli məhbusun sağ-salamat xilas edildiyini açıqlayıb.

Bahadur Seyidov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
demedia.az

1Источники