Ötən gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün növbəti mərhələsi – 9-cu qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki qran-pri Kanadada təşkil olunub.
Monreal şəhərindəki yarış ötən mövsümün çempionu, “Red Bull”un üzvü Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 26 yaşlı pilot 70 dövrəlik yarışı 1:45:47.927 göstərici ilə ilk sırada bitirib. Bu, onun cari mövsümdə 6-cı, karyerasında isə 60-cı qələbəsidir.
İkinci yeri “Maklaren”in pilotu Lando Norris tutub. İlk üçlüyü “Mersedes”in sürücüsü Corc Rassel qapayıb.
Beləliklə, 9 turdan sonra 194 xala malik Maks Ferstappen vahid liderdir. Şarl Lekler (“Ferrari”) 138 xalla ikincidirsə, Lando Norris (“Maklaren”) 131 xalla 3-cü sırada qərarlaşıb.
Mühəndislər Kubokunda da “Red Bull” 301 xalla vahid liderdir. “Ferrari” 252 xalla ikinci, “Maklaren” 212 xalla üçüncüdür.
Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 10-cu qran-prisi İspaniyada keçiriləcək. Sözügedən yarış iyunun 23-də Montmeloda baş tutacaq.
Dünya çempionatı, 2024
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 194
- Şarl Lekler (Ferrari) – 138
- Lando Norris (Maklaren) – 131
- Karlos Sayns (Ferrari) – 108
- Serxio Peres (Red Bull) – 107
- Oskar Piastri (Maklaren) – 81
- Corc Rassell (Mersedes) – 69
- Luis Hamilton (Mersedes) – 55
- Fernando Alonso (Aston Martin) – 41
- Yuki Tsunoda (Rasinq Bulls) – 19
- Lens Stroll (Aston Martin) – 17
- Daniel Rikkardo (Rasinq Bulls) – 9
- Oliver Berman (Ferrari) – 6
- Niko Hulkenberq (Haas) – 6
- Pyer Qasli (Alpin) – 3
- Aleksander Albon (Uilyams) – 2
- Esteban Okon (Alpin) – 2
- Kevin Maqnussen (Haas) – 1
- Jou Quanyu (Zauber) – 0
- Valtteri Bottas (Zauber) – 0
- Loqan Sarcent (Uilyams) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Red Bull – 301
- Ferrari – 252
- Maklaren – 212
- Mersedes – 124
- Aston Martin – 58
- Rasinq Bulls – 28
- Haas – 7
- Alpin – 5
- Uilyams – 2
- Zauber – 0