RU

"Roma"nın sahibi İngiltərənin bu klubunu da alır

"Roma"nın sahibi olan iş adamı Den Fridkin İngiltərədə də klub almaqda maraqlıdır. 

Fanat.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Mənbənin məlumatına görə, o, "Everton" klubunun səhmlərinə yiyələnmək istəyir. Amerikalı klubun hazırkı sahibi Fərhad Moşirinin səhmlərinin 94 faizini almaq üçün eksklüziv razılaşmaya çalışır. Tərəflər arasında danışıqlara yaxın günlərdə start veriləcəyi gözlənilir. 

"Everton" İngiltərə Premyer Liqasında ötən mövsüm zəif çıxış edib. Mersisaydlılar ölkə çempionatını 15-ci yerdə başa vurub. 

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
63
fanat.az

1Источники