RU

Baqrat Baqramyan prospektini bağlamaqla nə əldə etmək istəyir?

Ermənistanın "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan bildirib ki, nümayişçilər heç yerə getməyəcək və çadır quraraq Baqramyan prospektini bağlayacaqlar.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə yerindən yayımı yerli xəbər portalları aparır.

"Biz burada qalacağıq, avtomobillərimizə yerləşəcəyik və çadırlar quracağıq. Polis Dəmirçyan küçəsini bağlayıb, biz isə Baqramyan prospektini bağlayacağıq", - Qalstanyan tərəfdarlarına bildirib.

Arxiyepiskop müxalifət hərəkatının parlament binasına yürüşünün qarşısını kəsən polisə müraciət edib. O, qeyd edib ki, etirazçılar "yorğun adamlar deyil", buna görə hüquq-mühafizə orqanlarının əməkdaşları gecə-gündüz şəhərin küçələrini patrul çəkməli olacaqlar. Arxiyepiskop bütün Ermənistan vətəndaşlarını səhər saatlarında Baqramyan prospektində parlament binası yaxınlığında çadırlarda gecələdikləri nümayişə qoşulmağa çağırıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
123
30
milli.az

10Источники