RU

Ferstappen "Formula-1" üzrə Kanada Qran-Prisində birinci oldu - FOTO

"Red Bull" komandasının niderlandlı sürücüsü Maks Ferstappen, Monrealda keçirilən "Formula-1" üzrə dünya çempionatının IX yarışında, Kanada Qran-Prisində qalib gəlib.

BAKU.WS xəbər verir ki, yarışın nəticələrinə görə, ikinci yeri "McLaren" komandasının britaniyalı sürücüsü Lando Norris tutub. Üçüncü yer isə "Mercedes" komandasından olan Corc Rasselə qismət olub.

Ümumi hesabda Ferstappen 194 xalla birinci yerdədir və bu, onun karyerasında 60-cı qələbəsidir. İkinci yeri Charles Leclerc 138 xalla, üçüncü yeri isə Lando Norris 131 xalla tutur.

Dünya çempionatının növbəti mərhələsi iyunun 21-23-də İspaniyada baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
1
baku.ws

2Источники