RU

İtaliyada Avropa Parlamentinə seçkilərdə Ciorcia Meloninin partiyası birinci olub

Roma, 10 iyun, AZƏRTAC

İtaliyada Avropa Parlamentinə seçkilərdə Baş nazir Ciorcia Meloninin partiyası olan ifrat sağçı “İtaliya Qardaşları” Partiyası qələbə qazanıb.

AZƏRTAC xəbər verir ki, İtaliyada Avropa Parlamentinə və 3698 bələdiyyədə keçirilən qismən yerli seçkilərdə səsvermə prosesi başa çatıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 51 milyon 198 min 828 seçicinin olduğu ölkədə Avropa Parlamentinə seçkilərdə fəallıq 48 faiz olub.

Sağçı koalisiya hökumətinin əsas tərəfdaşı olan Baş nazir Ciorcia Meloninin sədri olduğu “İtaliya Qardaşları” Partiyası səslərin 28,5 faizini toplayaraq birinci olub.

İlk qeyri-rəsmi nəticələrə görə, Florensiya və Bari kimi böyük şəhərlərdəki yerli seçkilərdə isə heç bir namizəd səslərin 50 faizdən çoxunu toplaya bilməyib. Buna görə də, ikinci tur seçkilər keçiləcək.

Qeyd edək ki, İtaliya 76 nəfərlə Avropa Parlamentində təmsil olunan üçüncü ölkədir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
2
azertag.az

3Источники