"Qarabağ"ın futbolçusu Luka Quqeşaşvilinin formasını geyindiyi Gürcüstan millisi yoldaşlıq oyunu keçirib.
“İki sahil” xəbər verir ki, komanda Monteneqro ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.
Monteneqro - Gürcüstan - 1:3
Qollar: Kiteişvili, 10 (0:1), Mikautadze, 33 (0:2), Yovetiç, 66 (1:2), Zivzivadze, 84 (1:3)
Luka Quqeşaşvili sözügedən görüşdə sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, Gürcüstan millisi Avro-2024-də F qrupunda Türkiyə, Portuqaliya və Çexiya ilə mübarizə aparacaq.