RU

Keçmiş Baş Qərargah rəisi Netanyahuya görə istefa verdi

Keçmiş Baş Qərargah rəisi fövqəladə vəziyyət hökumətindən istefa verib.

Teleqraf.com İsrailin “Yedioth Ahronoth” qəzetinə istinadən xəbər verir ki, hpkumət kabinetinin üzvü və keçmiş Baş Qərargah rəisi Qadi Eisenkotnun Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi fövqəladə vəziyyət hökumətindən istefa verdiyi açıqlanıb.

Eisenkot açıqlamasında kabinetin müharibənin məqsədlərinə çatmaq üçün lazımı qərarlar qəbul etmədiyini deyib: “Son zamanlar verilən qərarların ölkənin maraqlarına uyğun olmadığını gördük”.

Qeyd edək ki, Eisenkotdan bir müddət əvvəl İsrailin Müharibə kabinetinin üzvü Bennyın Gantz da fövqəladə vəziyyət hökumətindən istefa verdiyini açıqlayıb.




Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
64
teleqraf.com

1Источники