RU

Qadın basketbolçularımız finalda

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa kubokunun final mərhələsinə vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, Kosovonun paytaxtı Priştinada keçirilən təsnifat mərhələsində komandamız finalda Kiprlə qarşılaşıb.

Yarımfinalda Maltanı 15:10 hesabı ilə qalib gələn millimiz finalda da uğurlu çıxışını davam etdirib. Həlledici oyunda basktbolçularımız Kiprə 21:12 hesabı ilə qalib gəliblər.

Avropa kuboku

Təsnifat mərhələsi

A qrupu

Yarımfinal

19:50. Azərbaycan – Malta - 15:10

Final

21:50. Azərbaycan – Kipr - 21:12

Qeyd edək ki, Avropa kubokunun final mərhələsi avqustun 22-25-də Avstriyanın Qrats şəhərində keçiriləcək.

Избранный
181
apasport.az

1Источники