RU

Benni Qantz Netanyahuya görə istefa verdi

İsrailin müharibə kabinetinin üzvü Benni Qantz fövqəladə vəziyyət hökumətindən istefa verdiyini açıqlayıb.

Bu barədə CNN məlumat yayıb.

Qantz istefasını belə şərh edib:

“Netanyahu real qələbəyə doğru irəliləməyimizə maneə olur. Ona görə də bu gün fövqəladə vəziyyət hökumətindən kədərlə, lakin tam əminliklə ayrılırıq”.

Qeyd edək ki, onun bu qərarı ötən həftə hökumət başçısı Benyamin Netanyahuya verdiyi ultimatumla əlaqələndirilir.

O, Baş naziri iyunun 8-dək HAMAS ilə mübarizə məqsədilə yeni planın hazırlanmasına çağırmışdı.

"Cebhe.info"

Избранный
117
cebheinfo.az

1Источники