RU

Naxçıvanda yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb

Naxçıvan şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

“İki sahil” xəbər verir ki, şəhərin Əziz Əliyev prospektində 75-BX-968 dövlət nömrə nişanlı “Mercedes” markalı və 75-BX-245 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində bir ailənin 3 üzvü; Naxçıvan şəhər sakinləri - 1937-ci il təvəllüdlü Quliyeva Həcər Həşim qızı, 1961-ci il təvəllüdlü Həziyeva Hüsniyyə Həzi qızı və 1962-ci il təvəllüdlü Quliyev Səxavət Əhməd oğlu xəsarət alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
97
50
ikisahil.az

10Источники