RU

Belçikada ilbizlər səsverməyə mane oldular

Avropa və Belçika Federal Parlamenti seçkisində ilbizlər bir çox seçici üçün problemə çevriliblər.

Məlumata görə, ilbizlər yerli sakinlərə poçtla göndərilən çağırış vərəqələrini yeyiblər.

Ən çox əziyyət çəkənlər kənd yerlərində yaşayan seçicilərdir. Son bir neçə həftə sərin və yağışlı keçdiyi üçün ilbizlərin sayı kəskin artıb.

Qeyd edək ki, Belçikada seçkidə iştirak cərimə təhlükəsi altında məcburidir. Vətəndaşları ilk buraxılmış səsverməyə görə 80 avroya qədər, növbəti hallarda isə 2000 avroya qədər cərimə gözləyir.

Mənbə: TASS

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
111
2
oxu.az

3Источники