Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində final oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, təmsilçimiz Kipr seçməsi ilə qarşılaşıb.
Adalıları 21:12 hesabı ilə üstələyən Azərbaycan yığması Avropa Kubokuna vəsiqə qazanıb.
Qeyd edək ki, əsas mərhələ 22-25 avqustda Avstriyanın paytaxtı Vyanada olacaq.