RU

İsrail Qəzzada öz vətəndaşlarını hədəf alır – HƏMAS

Bakı. TurkicWorld:

İsrail Qəzzada öz vətəndaşlarını hədəf alır.

TurkicWorld xəbər verir ki, bu barədə HƏMAS öz “Telegram” kanalında video paylaşıb.

Videoda, bəzi girovların azad edildiyi İsrail hərbi əməliyyatı nəticəsində biri ABŞ vətəndaşı da daxil olmaqla üç girovun öldürüldüyünü bildirib.

Qrup öldürüldüyü deyilənlərin adlarını açıqlamasa da, videoda üzlərində senzura istifadə edilən üç naməlum cəsədin göründüyü əks olunub.

“Fələstinli məhbus və əsirlər azad olunmadıqca İsrailli əsirlər azad edilməyəcək” – deyə HƏMAS vurğulayıb. Xatırladaq ki, iyun ayını 8-də İsrail ordusu Qəzzada yerləşən Nuseyrat qaçqınlar düşərgəsindən 4 əsiri xilas edib.

Noa Arqamani (25 yaş), Almog Meir Jan (21 yaş), Andrey Kozlov (27 yaş) və Şlomi Ziv (40 yaş) əməliyyat nəticəsində xilas olunublar.

İsrail ordusunun Nuseyrat qaçqınlar düşərgəsinə hücumundan sonra 210 fələstinli ölüb, 400-dən çox fələstinli isə yaralanıb.

Tasnem Ismukhan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
148
turkic.world

1Источники