![](https://sportnet.az/uploads/posts/2024-06/medium/1717951210_77ee7616-9004-3bf9-b7b2-19eaf77ccc51_850.jpg)
Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində yarımfinal oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, yığma Malta seçməsi ilə üz-üzə gəlib.
Komandamız rəqibini 15:10 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Yığma daha Lüksemburq - Kipr cütünün qalibi ilə üz-üzə gələcək.