RU

"Ronaldo qocadır, onu istəmirik" - "Fənərbaxça"nın direktoru

Bu gün "Fənərbaxça" prezidentliyi uğrunda keçirilən seçkilərdə maraqlı dialoq baş tutub.

Teleqraf.com xəbər verir ki, klubun idman direktoru Mario Branko seçkilərdə hazırki prezident Ali Koça dəstək üçün qurultaya gəlib.

Qurultayda səs verən azarkeşlər M.Brankoya böyük maraq göstərib. Azarkeşler Mario Brankodan Kristiyan Ronaldonun transfer edilməsini istəyib. 48 yaşlı Mario Branko isə bildirib ki,Ronaldo qocadır: "O qocadır, qoca! Mənim yaşıdımdır!"

Mario Brankonun Ronaldoyla bağlı cavabı qısa zamanda sosial mediada ən çox müzakirə olunanlardan biri oldu.


Müəllif: Arzu
Избранный
124
teleqraf.com

1Источники