Belçika millisinin üzvü Tomas Mönye Avro-2024-də iştirak etməyəcək.
QOL.az xəbər verir ki, buna səbəb 23 yaşlı müdafiəçinin zədələnməsidir. O, Lüksemburqla yoldaşlıq oyununda (3:0) sıradan çıxıb.
Buna görə də Möye Belçika millisinin Avropa çempionatı üçün heyətindən çıxarılıb.
Qeyd edək ki, Belçika millisi Avro-2024-ün E qrupunda Ukrayna, Rumıniya və Slovakiya ilə mübarizə aparacaq.