RU

Millimiz Avropa Kubokunda qrup lideri kimi yarımfinala yüksəldi

Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində ikinci oyununa çıxıb. Matc.az xəbər verir ki, yığma Lüksemburq seçməsi ilə üz-üzə gəlib. Komandamız rəqibini 21:8 hesabı ilə məğlub edərək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Yığmamız daha əvvəl Maltadan üstün olub - 17:14 Qeyd edək ki, yığma daha əvvəl Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.    

Избранный
131
11
matc.az

10Источники