İndoneziyada yoxa çıxan qadının cəsədi 5 metrlik pitonun qarnından çıxarılıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, Cənubi Sulavesi bölgəsindəki Kalempanq kəndində 45 yaşlı qadın iyunun 6-da bibər satmaq üçün yola çıxıb.
Qadın evə qayıtmayınca yaxınları və kənd sakinləri axtarışa başlayıblar. Kənd sakinləri kəndin ətrafındakı meşədə qadının əşyalarının yanında təxminən 5 metr uzunluğunda piton tapıblar.
Qismən şişmiş pitonun qadını udmuş ola biləcəyindən şübhələnən kənd sakinləri ilanı öldürüblər.
Parçalanmış pitondan 45 yaşlı qadının cəsədi çıxarılıb.