RU

İcarəyə götürdükləri avtomobillə qəza törətdilər: 4 nəfər öldü - FOTO

Rusiyanın Samara şəhərində 4 nəfər gəncin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə iyunun 9-da səhər saatlarında Batayskaya küçəsində qeydə alınıb.

Məlumata görə, “Volkswagen” markalı minik avtomobili park edilmiş avtobusla toqquşub. Zərbənin təsirindən minik avtomobili deformasiyaya uğrayıb və içərisindəki şəxslərin hamısı dünyasını dəyişib.  

Bildirilir ki, ölənlərdən biri 19 yaşında, digər üç nəfər isə yetkinlik yaşına çatmayan şəxs olub.

Qeyd edilib ki, avtomobil gənclər tərəfindən icarəyə götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Namiq Musayev

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
115
avtosfer.az

1Источники