“Hindustan Times” qəzeti Bakıda keçiriləcək COP29 sammiti ilə bağlı məqalə yayımlayıb.
Azpost.info bildirir ki, bu barədə prezidentin köməkçisi Hikmət Hacıyev paylaşımında qeyd edib.
Məqalədə Azərbaycanın COP29-a hazırlığı və bu toplantının qlobal mesajları barədə qeyd olunur.
Prezidentin köməkçisi Hikmət Hacıyev qəzetə müsahibə verərək bu mötəbər tədbir barədə danışıb.
“Noyabrda BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edən Azərbaycan iki kritik qlobal problemə – qlobal münaqişə və iqlim maliyyələşməsinə töhfələrini verə bilər” -deyə “Hindustan Times” H.Hacıyevə istinadən yazıb.