RU

“Real” ona görə hərəkətə keçdi: 150 milyonluq transfer nə vaxt reallaşacaq?

“Bayer”in yarımmüdafiəçisi Floryan Virts bir ildən sonra “Real”ın futbolçusu ola bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
 
Klublar futbolçunun 2025-ci ilin yayında reallaşacaq transferi ilə bağlı danışıqlar aparır. Tərəflər həmçinin Virtsin 2024/25 mövsümünü Leverkuzendə keçirəcəyi ilə bağlı artıq razılığa gəliblər.
 
Mətbuatın yazdığına görə, bu transfer böyük ehtimalla “Real” a150 ​​milyon avroya başa gələcək.
 
Qeyd edək ki, Madrid klubu bu yay yalnız Kilian Mbappenin transferini açıqlayıb.
Избранный
78
5
moderator.az

6Источники