RU

La Liqanın yeni mövsümünün nə vaxt başlayacağı məlum olub

İspaniya La Liqasının prezidenti Xavyer Tebas yeni mövsümün nə vaxt başlayacağını deyib.



Komanda.az “Barsa Universal”-a istinadən xəbər verir ki, Tebas La Liqada ilk turun avqustun 16-18-də keçiriləcəyini bildirib:



“İspaniya çempionatının ilk turu 16-18 avqustda baş tutacaq. İndi təqvim üçün püşk atmalıyıq və kimin harada oynayacağını başa düşməliyik. Biz bunu mümkün qədər tez etməyə çalışacağıq”.



Ötən mövsümün sonunda 38 turda 95 xal toplayan “Real” İspaniya çempionu olub. “Barselona” ikinci pillədə (85), “Jirona” isə üçüncü yerdə (81) qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərİspaniya La Liqası xavyer tebas

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
108
3
komanda.az

4Источники