RU

Niger Benini 5 vətəndaşını qaçırmaqda ittiham edir

Niger hakimiyyəti Benini neft yüklənməsinə nəzarət etmək üçün bu ölkədə olan beş vətəndaşını qaçırmaqda ittiham edib.

APA-nın xəbərinə görə, bu, Niger hökumətinin yaydığı bəyanatda əksini tapıb.

Qeyd edilib ki, iyunun 5-də Benin Seme-Kpoji limanında Nigerdən neftin yüklənməsinə nəzarət etmək istəyən “Wapco-Niger” (Qərbi Afrika Boru Kəməri Şirkəti) neft şirkətinin bir neçə əməkdaşı Benin tərəfindən oğurlanaraq girov saxlanılır. Niger hakimiyyəti həmin şəxslərin azad olunması üçün bütün tədbirləri görmək niyyətində olduğunu bəyan edib.

Saxlanılanlar arasında “Wapco-Niger”-in baş menecerinin müavini Aminu Hadizatu Ibra və şirkətin 4 yüksək vəzifəli şəxsi var.

Beninin yaydığı məlumatda isə bildirilir ki, saxlanılan iki Niger vətəndaşı ölkəyə saxta sənədlərlə gəliblər, şirkətin işçiləri deyillər.

Niamey Benin Prezidenti Patris Talonu neftin nəqli ilə bağlı müqavilələrin pozulmasında ittiham edib. Nigerin Baş naziri Əli Mahamane Lamin Zein isə daha əvvəl Benini ölkədə sabitliyi pozmaq üçün göndəriləcək terrorçuları hazırlamaq məqsədilə öz ərazisində Fransa hərbi bazalarını yerləşdirməkdə ittiham edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
89
2
apa.az

3Источники