RU

Hakim korpusunun 615 nəfərdən ibarət olması dünya standartlarından 3 dəfə azdır

Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında" Fərmanına uyğun olaraq hakimlərin ştatı 200-ə yaxın artırılıb. Hazırda hakim korpusu 615 nəfərdən ibarətdir. Bu nəticə dünya standartlarından 3 dəfə azdır.

“İki sahil” xəbər verir ki,  bu sözləri Hakimlərin Seçki Komitəsinin sədri Vidadi Cəfərov jurnalistlərə müsahibəsində deyib.

Həmin Fərmana əsasən məhkəmələrdə iş yükünün azaldılması, məhkəmə işlərinin səmərəli, obyektiv olması və hakimlərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlərin keçirildiyini deyən V.Cəfərov əlavə edib: “Bu seçki prosesində 1800-ə yaxın namizəd öz gücünü yoxlayıb. Onlardan 182 nəfəri bütün prosesi müvəffəqiyyətlə başa çatdırıb”.

Избранный
97
3
ikisahil.az

4Источники