RU

Ağdaşın Qəribli kəndində sakinlərin tibbi müayinəsi həyata keçirilib

Ağdaş Rayon Mərkəzi Xəstəxanasının peşəkar həkim və tibb işçilərindən təşkil edilən briqadalar tərəfindən Ağdaş rayonunun Qəribli kəndində sakinlərin tibbi müayinəsi həyata keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, kənd sakinləri ixtisaslı həkim (həkim-pediatr, həkim-terapevt, həkim-lobarant, həkim mama-ginekoloq, şüa diaqnostikası üzrə həkim), laborator və instrumental (USM, EKQ) müayinələrə cəlb edilib.

 

Qeyd edək ki, kəndlərdə keçirilən tibbi müayinələrin əsas məqsədi rayon mərkəzindən uzaqda məskunlaşmış əhaliyə tibbi xidmətlərin əlçatanlığını, peyvənddən kənar qalmış uşaqların vaksinasiyasını, qeydiyyatsız hamilələrin aşkarlanmasını, hamilə və yenidoğulmuşların patronajını, əhalinin peyvənd haqqında maarifləndirilməsini, laborator, instrumental müayinələrin keçirilməsini təmin etməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
76
1
aztibb.az

2Источники