RU

Vidadi Cəfərov: Hakim korpusunun 615 nəfərdən ibarət olması dünya standartlarından 3 dəfə azdır

Bakı, 9 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında" Fərmanına uyğun olaraq hakimlərin ştatı 200-ə yaxın artırılıb. Hazırda hakim korpusu 615 nəfərdən ibarətdir. Bu nəticə dünya standartlarından 3 dəfə azdır.

Bu sözləri Hakimlərin Seçki Komitəsinin sədri Vidadi Cəfərov jurnalistlərə müsahibəsində deyib.

Həmin Fərmana əsasən məhkəmələrdə iş yükünün azaldılması, məhkəmə işlərinin səmərəli, obyektiv olması və hakimlərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlərin keçirildiyini deyən V.Cəfərov əlavə edib: “Bu seçki prosesində 1800-ə yaxın namizəd öz gücünü yoxlayıb. Onlardan 182 nəfəri bütün prosesi müvəffəqiyyətlə başa çatdırıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
3
azertag.az

4Источники