RU

Rus sülhməramlıların Qarabağdan çıxması davam edir (VİDEO)

Bakı. Trend:

Rus sülhməramlıların Qarabağdan çıxması davam edir.

Trend xəbər verir ki, Goran dəmir yolu stansiyasında 50 yükplatformasına 60 avtomobil, Bərdə dəmir yolu stansiyasında isə 8platformaya 12 yanacaq çəni yüklənərək Rusiya istiqamətinə yolasalınıb.

Hazırda Goranda daha 67 avtomobil yüklənməyə hazırlanır.

Qeyd edək ki, apreldə Rusiya prezidentinin sözçüsü Dmitri PeskovRusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasınıtəsdiqləyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - AzərbaycanRespublikası Prezidentinin Administrasiyasının Xarici siyasətməsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyasülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədəməlumatla əlaqədar bildirib ki, 2020-ci il noyabrın 10-daimzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasınınərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyasısülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəlçıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərarqəbul edilmişdir. Artıq proses başlanılmışdır, Azərbaycan və RusiyaMüdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiqtədbirləri həyata keçirirlər.

Xatırladaq ki, 19 aprel Azərbaycan-Ermənistan münasibətlərinintənzimlənməsində əlamətdar tarix oldu. İkitərəfli təmaslarınnəticələrinə əsasən, Ermənistan Qazaxın işğal edilmiş kəndləriniAzərbaycana qaytarmağa razılaşdı. Azərbaycanın hələ 2020-ci ildədelimitasiya prosesinin məhz Qazax rayonu ərazisindən başlamasınadair qaldırdığı məsələnin həlli Prezident İlham Əliyevin uzaqgörənsiyasətinin növbəti qələbəsi oldu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
34
az.trend.az

10Источники