RU

Beyləqan sakinləri kiber cinayətlər barədə məlumatlandırılıb

Bakı. Trend:

Beyləqanda kibercinayətkarlıq hallarının qarşısının alınmasıməqsədilə maarifləndirmə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regionalqrupundan Trend-ə verilən məlumata görə, Beyləqan Rayon PolisŞöbəsinin əməkdaşları kiber üsullardan istifadə edilməklə törədiləncinayətlər barədə sakinlərə ətraflı məlumatlar veriblər. Cinayətəməli törədənlərin qurbanına çevrilməmək üçün şübhəli linklərəkeçid etməməyi, şəxsi və bank kartı məlumatlarını digər şəxslərəötürməməyi bir daha diqqətə çatdırıblar.

Əhalinin sıx olduğu ərazilərdə, bankomat və ödəməterminallarının ətrafında xəbərdaredici lövhələr yerləşdirilib.

Избранный
175
4
az.trend.az

7Источники