RU

Pxenyanın zibil dolu torbalarına qarşı Seuldan cavab tədbirləri...

...Cənubi Koreya bazar günü Şimali Koreya ilə sərhəddə quraşdırılmış səsgücləndiricilər vasitəsilə yayıma başlayır. Bu barədə Respublika Prezidentinin Administrasiyası məlumat yayıb.

Deməli, bundan sonra KXDR-in sərhədyanı rayonlarının sakinləri Şimali Koreyanın təbliğat mediasına zidd olan xəbərləri və digər proqramları eşidə biləcəklər.

Seul bildirib ki, bu addım Şimali Koreyanın davam edən “zibil hücumlarına” cavabdır.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, may ayının sonundan bəri Şimali Koreya Cənubi Koreyaya tərəf zibil torbaları yapışdırılmış mindən çox şar göndərib.

Maraqlıdırki, Pxenyan, bu əməliniCənubi Koreyanın əvvəlki hərəkətlərinə cavab kimi dəyərləndirir.

Onların iddiasına görə, guya bundan əvvəl CənubiKoreya Kim Çen In rejiminə qarşı mübarizəyə çağıranvərəqələr, dollar əskinasları və pop musiqidisklər göndəribmiş.

Deyim ki, Şimali Koreyada pop musiqisi qadağandır.

Yeri gəlmişkən, Seul ilk dəfə 2004-cü ildə sərhəddə yerləşən səsgücləndiricilər vasitəsilə Şimalı Koreyada yayıma cəhd edib və vaxtaşırı onu bərpa edib. Şimali Koreya senzurasız xəbərlərin və qadağan olunmuş musiqinin sərhəd qoşunlarını ruhdan salacağından ehtiyat edərək bununla mübarizə aparır.

Nə ilə?

Torbalarla dolu zibillə..?

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
150
sia.az

1Источники