RU

Vadim Vasilevin son DURUMU

“Özümü nisbətən yaxşı hiss edirəm”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilev deyib.

Fevralın əvvəlində insult keçirən 51 yaşlı veteran hücumçu bildirib ki, hələ də müalicəsini davam etdirir: “İlk zamanlara baxanda çox irəliləyiş var. Fizioterapeyaya gedirəm. Həkimlər iyunun sonunda yenidən müayinədən keçməyimin lazım olduğunu dedilər. Həmin vaxt fizioterapiyamı davam etdirməli, yoxsa dayandırmalı olacağım bəlli dəqiqləşəcək. Dərmanlarımı da qəbul edirəm. Sol əlimi artıq işlədə bilirəm, yaxşıdır”.

O, Azərbaycan millisinin Qazaxıstanla keçirəcəyi yoldaşlıq görüşü barədə danışıb: “Rəqib güclüdür. Asan oyun olmayacaq. Lakin hər şey futbolçularımızın əlindədir. Qələbə qazanmaq olar. Baş məşqçi olmasa da, yığmada ümumi vəziyyət fikrimcə qənaətbəxşdir. Tez-tez təlim-məşq toplanışlarında olurlar. Bu yaxşı haldır. Fikrimcə, qalib gəlmək üçün psixolji durumları yaxşı vəziyyətdə olmalıdır. Düşünürəm ki, Albaniya millisinə qarşı məğlubiyyətdən sonra Qazaxıstanı udacaqlar”.

Qeyd edək ki, Azərbaycan növbəti oyununu iyunun 11-də Qazaxıstana qarşı keçirəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
109
idman.biz

1Источники