RU

"Telegram"da ciddi problemlər yarandı

"Telegram" messencerinin işində böyük nasazlıq yaranıb. SİA xəbər verir ki, problemlər Rusiya İctimai Rabitə Şəbəkəsinin Monitorinqi və İdarəetmə Mərkəzi (CPMU SSOP) tərəfindən qeydə alınıb.

Mesajların göndərilməsində problemlər yaranıb, həm mobil, həm də veb versiyalardakı kanallardakı məlumatlar yenilənməyib.

Almaniya, Estoniya, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna, və ABŞ da daxil olmaqla, dünyanın müxtəlif regionlarından əlaqənin kəsilməsi barədə mərkəzə müraciətlər daxil olub.

Messencerdəki problem Moskva vaxtı ilə saat 21:20-dən 23:00-a qədər davam edib. Onun səbəbi məlum deyil.

Избранный
145
1
sia.az

10Источники