Bakı. Trend:
ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel MakronGürcüstanın hakim partiyasını “Avroatlantika yoluna qayıtmağa”çağırıblar.
Trend-inməlumatına görə, bu barədə dövlət başçılarının birgə bəyanatındabildirilib,
"ABŞ və Fransa Gürcüstan xalqını Avro-Atlantik niyyətlərindədəstəkləməyə sadiq olduqlarını bir daha təsdiqləyirlər.Prezidentlər hakim “Gürcü arzusu” partiyasını ictimaiyyətinistəklərinə hörmətlə yanaşmağa və Avro-Atlantik yola qayıtmağaçağırıblar", - deyə Ağ Evin yaydığı sənəddə qeyd olunub.
Dövlət başçıları “Cənubi Qafqazda beynəlxalq hüquqa, eləcə dəsuverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyüprinsiplərinə hörmət əsasında ədalətli və davamlı sülhün” bərqərarolmasını dəstəklədiklərini bildiriblər.