RU

RegionErmənistanda yanacaqdoldurma məntəqəsində baş verən yanğın iki gündən sonra söndürülüb

Mayın 6-da İrəvanın yaxınlığındakı Abovyan şəhərində qazdoldurma məntəqəsində baş vermiş güclü partlayışdan sonra yaranan yanğın iki gün sonra söndürülüb.

“Far.Az” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.

Xatırladaq ki, iyunun 6-da axşam İrəvan-Sevan magistralında Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. Bildirilib ki, maye qaz çənlərinin partlaması güclü yanğınla müşayiət olunub.

Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Ermənistan Səhiyyə Nazirliyi qeyd edib ki, vəziyyəti ağır olan iki yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
101
6
far.az

7Источники