RU

Gürcüstanın əsas müxalifət partiyasının sədri istefa verib

Gürcüstanın əsas müxalifət təşkilatı olan "Vahid Milli Hərəkat" Partiyasının (UNM) sədri Levan Xabeişvili vəzifəsini tərk edib.

Bu haqda L.Xabeişvili keçirdiyi brifinqdə bildirib.

O, istefa qərarını səhhətindəki problemlərlə əlaqədar verdiyini açıqlayıb.

"Sağlamlıq vəziyyətimə və həkimin ciddi tövsiyəsinə əsasən, mənə bu rejimdə işləmək qadağandır. Ona görə də mən qərar verdim, bütün komandamızın qərarı ilə qurultay çağıracağam və orada Tina Bokuçavanın (partiyanın parlament fraksiyasının rəhbəri) namizədliyini irəli sürəcəyəm", - deyə o bildirib.(oxu.az)


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
129
35
big.az

10Источники