RU

London klubunun ilk transferi

Mövsüm yenicə sona çatsa da, “Çelsi” artıq ilk transferini reallaşdırıb.

Daha doğrusu, London klubu İngiltərə çempionatında çıxış edən bir oyunçunu ödəniş etmədən sıralarına qatıb. Söhbət Londonun digər təmsilçisi “Fulhem”dən azad agent kimi ayrılan müdafiəçi Tosin Adarabioyodan gedir. 26 yaşlı futbolçu “zadəganlar”la 4 illik müqavilə imzalayıb. Adarabioyo “Mançester Siti”nin yetirməsidi.

O, “Fulhem”də 2020-ci ildən oynayırdı. İngilis futbolçu ötən mövsüm bütün turnirlərdə 25 oyun keçirib və 2 qol vurub.

Избранный
145
football-plus.az

1Источники