RU

Ukrayna Belqorod vilayətinin 7 yaşayış məntəqəsinə hücum edib

Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində 7 yaşayış məntəqəsinə hücum edib.

“İki sahil” xəbər verir ki, ​bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov “Telegram”da məlumat verib.

Onun sözlərinə görə, nəticədə 3 fərdi yaşayış evi və elektrik xətləri zədələnib: “Qrayvoronski şəhər rayonunun Bezymeno kəndində üç pilotsuz təyyarənin hücumu nəticəsində iki fərdi ev və bir yardımçı tikili zədələnib. Belqorod rayonunun Dubovoye kəndində mənzillərin birində PUA-nın qəzaya uğraması nəticəsində fərdi yaşayış evinin şüşələri sınıb, dam örtüyü zədələnib”.

Qubernatorun sözlərinə görə, Belqorod rayonunun Petrovka və Bessonovka kəndlərində elektrik xətləri sıradan çıxıb, Petrovka kəndinin sakinləri işıqsız qalıb: "Soloxi və Orlovka kəndləri ilə müvəqqəti əlaqə yoxdur. Təcili yardım qrupları Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə razılaşdıqdan sonra bərpa işlərinə başlayacaq".

Məhəeeəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
115
ikisahil.az

1Источники