RU

“Putin Ukraynada dayanmayacaq, bütün Avropa təhlükə altındadır” –BAYDEN

“Təkcə Ukrayna deyil, bütün Avropa təhlükə altındadır”.

Azpost.info bildirir ki, bu barədə Ağ Ev rəhbəri Co Bayden Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşü zamanı bildirib.

ABŞ prezidenti bir daha bəyan edib ki, Vaşinqton Rusiya işğalına qarşı mübarizədə Ukraynanı dəstəkləyəcək.

“Putin Ukraynada dayanmayacaq. Təhlükə bütün Avropanı əhatə edir və biz buna imkan verməyəcəyik. ABŞ Ukrayna ilə bir yerdədir. Bir daha demək istəyirəm ki, biz heç yerə getmirik”, – ABŞ prezidenti bildirib.

Onun sözlərinə görə, ABŞ-dan Ukraynaya 225 milyon dollar dəyərində yeni hərbi yardım paketi 61 milyardlıq yardım qanunun qəbulundan sonra artıq altıncı paketdir.

Eyni zamanda, Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Co Baydenin Fransaya səfəri zamanı iki ölkə liderlərinin Ukraynanı müzakirə etdiklərini və lazım olduğu qədər ona dəstək verəcəklərini öhdələrinə götürdüyünü bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
70
azpost.info

1Источники