RU

Rusiyada 250-dən çox miqrantı öz mənzilində qeydiyyata salan qadın tutula bilər

Rusiyada Kalininqrad şəhər sakini olan qadın öz mənzilində 250-dən çox insanı qeydiyyata salıb.

“Report” xəbər verir ki, bu barədə Kalininqrad vilayətinin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlum olub ki, 55 yaşlı yerli sakinin Kiyevskaya küçəsindəki mənzilində 250-dən çox miqrant qeydiyyatadır. Qeydiyyat prosedurları 2023-cü ilin yanvarından 2024-cü ilin martına qədər həyata keçirilib.

Vətəndaşların qanunsuz qeydiyyata alınması faktını miqrasiya idarəsinin əməkdaşları ərazi polis əməkdaşları ilə birgə aşkar ediblər.

Məlum olub ki, qadın qeyri-qanuni mühacirlərə faktiki qalmaq üçün öz yaşayış sahəsini təqdim etməyi planlaşdırmayıb.

Ona qarşı cinayət işi açılıb və indi mülk sahibini üç ilə qədər həbs gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
46
5
report.az

6Источники